Qarabağa getmək üçün rüsum ödəmək lazımdır?

İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların "E-Polis" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib rahat gedə bilərlər.

Bu barədə Day.Az-a DİN-dən məlumat verilib. 

Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur.

Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.