Paytaxtda Zəfər konserti olacaq

Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək.

Konsertin sonunda atəşfəşanlıq olacaq.