https://news.day.az/azerinews/1790884.html Azərbaycan hərbçiləri “Nüsrət-2025 Dəvət Təlimi”ndə iştirak edir - FOTO Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə "Nüsrət-2025 Dəvət Təlimi" keçirilir. Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan hərbçiləri “Nüsrət-2025 Dəvət Təlimi”ndə iştirak edir - FOTO

Azərbaycanca, 25 октября 2025 19:21 (UTC +04:00) 522
Azərbaycan hərbçiləri “Nüsrət-2025 Dəvət Təlimi”ndə iştirak edir

Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə "Nüsrət-2025 Dəvət Təlimi" keçirilir.

Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, Cənubi Afrika, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Niderland, Oman, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur və Şri-Lankadan ümumilikdə 44 nəfər iştirak edir.

  • Azərbaycan hərbçiləri “Nüsrət-2025 Dəvət Təlimi”ndə iştirak edir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости