https://news.day.az/azerinews/1790928.html
Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Federal Prezident...
Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре