Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə günorta saatlarında Ağcabədi-Zərdab avtomobil yolunda baş verib.

AZƏRTAC-ın məlumatına görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib.

Hadisənin təfərrüatları və ölümün səbəbi araşdırmalardan sonra məlum olacaq.