https://news.day.az/azerinews/1791035.html Kredit götürmək istəyən şəxs dələduzluğun qurbanı olub - VİDEO Kredit götürmək istəyən şəxs qohumlarını 2 min manat ziyana salıb. Day.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, paytaxtın Binə qəsəbə sakini Şərafət Qənbərova "TikTok" sosial şəbəkəsində rast gəldiyi kredit xidməti səhifəsinə 3 min manat kredit götürmək üçün müraciət edib.

Kredit götürmək istəyən şəxs dələduzluğun qurbanı olub - VİDEO

Azərbaycanca, 26 октября 2025 21:18 (UTC +04:00) 518
Kredit götürmək istəyən şəxs dələduzluğun qurbanı olub

Kredit götürmək istəyən şəxs qohumlarını 2 min manat ziyana salıb.

Day.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, paytaxtın Binə qəsəbə sakini Şərafət Qənbərova "TikTok" sosial şəbəkəsində rast gəldiyi kredit xidməti səhifəsinə 3 min manat kredit götürmək üçün müraciət edib. Məlumatlarını göndərdikdən sonra isə dələduzların tələsinə düşüb.

Zərərçəkən deyir ki, nəticədə onun vatsap hesabı ələ keçirilib və qohumlarından onun adından pul istənilib. O, bununla bağlı dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verib.

DİN-dən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. 

Eyni zamanda bildirilib ki, vətəndaşlar bu cür hallarla qarşılaşdıqları zaman DİN-in 102 zəng mərkəzinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости