https://news.day.az/azerinews/1793029.html Azad edilmiş ərazilərdəki iaşə obyetlərində qiymətləndirilmələr aparılacaq? - RƏSMİ Müraciətlər olarsa, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyetlərində də qiymətləndirilmələrin aparılması nəzərdə tutulub.

Azad edilmiş ərazilərdəki iaşə obyetlərində qiymətləndirilmələr aparılacaq? - RƏSMİ

Azərbaycanca, 4 ноября 2025 14:12 (UTC +04:00) 312
Azad edilmiş ərazilərdəki iaşə obyetlərində qiymətləndirilmələr aparılacaq?

Müraciətlər olarsa, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyetlərində də qiymətləndirilmələrin aparılması nəzərdə tutulub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri bu gün növbəti "5 ulduz" sertifikatının təqdim olunması zamanı Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Samir Mehralıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qida Təhlükəsizliyi İnsitutuna restoranlarla bağlı 150-ə yaxın müraciət daxil olub.

"Müraciətlərdən bir çoxu artıq qiymətləndirilib. Lakin 5 ulduz 3 restoranda müəyyən olunub. Bununla bağlı da biz mütəmadi olaraq ictimaiyyətə məlumat veririk. Qiymətləndirmələr ölkəmizin 10 regionundan gələn müraciətlər əsasında aparırıq.

Paytaxtdan sonra növbədə turistlik regionlar var. Ordan gələn müraciətlər əsasında da ictimai iaşə obyetlərində də qiymətləndirilmələr aparılır. Bundan əlavə ictimai iaşə obyektləri ilə yanaşı "ulduz reytinq"i layihəsi çərçivəsində qiymətləndirmələr həmçinin otellərin də qida bölməsində aparılır. Önümüzdəki günlərdə ilk olaraq otellərdən birinə sertifikat təqdim olunacaq",- deyə əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости