https://news.day.az/azerinews/1793541.html Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə əsaslı xərclər artıb 2025-ci ilin ilk üç rübü ərzində "BTC Ko." şirkəti "Bakı-Tbilisi-Ceyhan" neft boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənmişdir. Day.Az xəbər verir ki, bu barədə Trend bp-yə istinadla xəbər verir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə əsaslı xərclər artıb

Azərbaycanca, 6 ноября 2025 13:13 (UTC +04:00) 400
Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə əsaslı xərclər artıb

2025-ci ilin ilk üç rübü ərzində "BTC Ko." şirkəti "Bakı-Tbilisi-Ceyhan" neft boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənmişdir.

Day.Az xəbər verir ki, bu barədə Trend bp-yə istinadla xəbər verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri 104 milyon dollar, əsaslı xərclər isə 28 milyon dollar təşkil etmişdi. Beləliklə, illik ifadədə əməliyyat xərcləri 6,7 faiz azalıb, əsaslı xərclər isə 1, 8 faiz artıb.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

"BTC Ko."nun səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости