Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Şuşakənd kəndinə 19 ailə - 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə - 34 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре