https://news.day.az/azerinews/1800438.html "Hər tərəfdən futbolçulardan razıyam" "Ramil istəklidir, amma bəlkə daha çox şans versək, idman formasını tez bərpa edər". Day.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun hücumçusu Ramil Şeydayevlə bağlı danışarkən deyib. "İstənilən futbolçu üçün oyun sayı, oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə də, istəkli olsa da, oyun tam fərqlidir.

"Hər tərəfdən futbolçulardan razıyam"

Azərbaycanca, 6 декабря 2025 21:12 (UTC +04:00) 386
"Hər tərəfdən futbolçulardan razıyam"

"Ramil istəklidir, amma bəlkə daha çox şans versək, idman formasını tez bərpa edər".

Day.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun hücumçusu Ramil Şeydayevlə bağlı danışarkən deyib.

"İstənilən futbolçu üçün oyun sayı, oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə də, istəkli olsa da, oyun tam fərqlidir. Razı qaldığım odur ki, istəkli və intizamlıdır. Komanda var ki, uğur üçün ikinci heyət daha faydalı olur. Bu cür matçlarda sənə nəticə olaraq kömək edirlər, əsas heyət oyunçuları üçün rəqabət yaradırlar. Şərt deyil ki, bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. 20 futbolçunun məşqdə aktiv olmasının komandanın idman formasını saxlamasına böyük faydası var", - deyə o söyləyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости