https://news.day.az/azerinews/1802622.html Azərbaycan çempionatları tarixinin 6000-ci oyunu keçirilib Misli Premyer Liqasının XV turunun "Qarabağ" - "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub. Day.Az xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Azərbaycan çempionatları tarixinin 6000-ci oyunu keçirilib

Azərbaycanca, 15 декабря 2025 18:18 (UTC +04:00) 344
Azərbaycan çempionatları tarixinin 6000-ci oyunu keçirilib

Misli Premyer Liqasının XV turunun "Qarabağ" - "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

Day.Az xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

 

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.

Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости