https://news.day.az/azerinews/1805138.html Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü - FOTO Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində olub. Belə ki, kənd ərazisində pambıqyığan kombayn su kanalı üzərində olan körpüdən keçərkən körpü üçüb. Nəticədə kombayn aşaraq suya düşüb.

Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü - FOTO

Azərbaycanca, 25 декабря 2025 14:46 (UTC +04:00) 342
Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində olub.

Belə ki, kənd ərazisində pambıqyığan kombayn su kanalı üzərində olan körpüdən keçərkən körpü üçüb. Nəticədə kombayn aşaraq suya düşüb. 

Qəzada  37 yaşlı sürücü Nurlan Kərimli hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, mərhum 3 uşaq atası imiş.

  • Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü
  • Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости