https://news.day.az/azerinews/1805213.html Bu ölkədə qasırğa ciddi fəsadlara səbəb oldu ABŞ-nin Kaliforniya ştatında güclü qasırğa və yağışlar elektrik enerjisinin kəsilməsinə və yolların bağlanmasına səbəb olub. Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. ABŞ Milli Meteorologiya Xidməti Cənubi Kaliforniyadakı qasırğanın ciddi risk yaratdığını bildirib.

Bu ölkədə qasırğa ciddi fəsadlara səbəb oldu

Azərbaycanca, 25 декабря 2025 19:24 (UTC +04:00) 309
Bu ölkədə qasırğa ciddi fəsadlara səbəb oldu

ABŞ-nin Kaliforniya ştatında güclü qasırğa və yağışlar elektrik enerjisinin kəsilməsinə və yolların bağlanmasına səbəb olub.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Milli Meteorologiya Xidməti Cənubi Kaliforniyadakı qasırğanın ciddi risk yaratdığını bildirib.

Məlumata görə, hazırda güclü yağışlar nəticəsində ştatın bəzi rayonlarında torpaq sürüşmələri baş verib və bəzi avtomobil yolları bağlanıb, ştat üzrə təxminən 101 min ev işıqsız qalıb.

Ştatın qubernatoru Qevin Nyusom Los-Anceles də daxil olmaqla bir neçə dairədə fövqəladə vəziyyət rejimi elan edib. Sinoptiklər bölgədə daşqınların, dağlıq ərazilərdə güclü qarın və sürəti saatda 130 kilometrə çatacaq küləklərin olacağını proqnozlaşdırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости