https://news.day.az/azerinews/1820537.html Əli Əsədov belaruslu həmkarını İranın Naxçıvana dron hücumu barədə məlumatlandırıb Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Əli Əsədov belaruslu həmkarını İranın Naxçıvana dron hücumu barədə məlumatlandırıb

Azərbaycanca, 6 марта 2026 20:26 (UTC +04:00) 302
Əli Əsədov belaruslu həmkarını İranın Naxçıvana dron hücumu barədə məlumatlandırıb

Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.

Ə.Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости