https://news.day.az/azerinews/1822782.html Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən... Sosial müavinətlərin təyinatı ilə bağlı mühüm yenilik tətbiq olunacaq. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yenilik mayın 1-dən etibarən qüvvəyə minəcək.

Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

Azərbaycanca, 17 марта 2026 14:38 (UTC +04:00) 752
Sosial müavinətlərlə bağlı YENİLİK

Sosial müavinətlərin təyinatı ilə bağlı mühüm yenilik tətbiq olunacaq.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yenilik mayın 1-dən etibarən qüvvəyə minəcək.

Yeniliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləlik və doğuma görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, eləcə də dəfn üçün birdəfəlik müavinət artıq proaktiv qaydada təyin ediləcək.

Bu o deməkdir ki, vətəndaşların hər hansı quruma müraciət etməsinə, növbə gözləməsinə və ya sənəd toplamasına ehtiyac qalmayacaq. Bütün proseslər rəqəmsal şəkildə həyata keçiriləcək.

 

Müvafiq hal baş verdikdə, vətəndaşa təyinatla bağlı SMS bildirişi və ya "E-sosial" proqramında bildirişlər bölməsində məlumat göndəriləcək.

Beləliklə, vətəndaşlar əlavə vaxt və səy sərf etmədən, heç bir çətinlik yaşamadan bütün prosesi öz şəxsi kabinetləri üzərindən rahat şəkildə izləyə biləcəklər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости