https://news.day.az/azerinews/1827681.html Pakistan Yaxın Şərq münaqişəsinin başa çatması üçün səylər göstərir Pakistan Yaxın Şərq regionunda münaqişənin başa çatması üçün səylər göstərir. Day.Az xəbər verir ki, bunu Pakistanın insan hüquqları üzrə nazirliyinin parlament katibi Saba Sadik Bakıda tələbələrlə görüş zamanı bildirib.   "Biz tərəflərin danışıqlar masasına əyləşməsi üçün çalışdıq.

Pakistan Yaxın Şərq münaqişəsinin başa çatması üçün səylər göstərir

Azərbaycanca, 13 апреля 2026 19:40 (UTC +04:00) 341
Pakistan Yaxın Şərq münaqişəsinin başa çatması üçün səylər göstərir

Pakistan Yaxın Şərq regionunda münaqişənin başa çatması üçün səylər göstərir.

Day.Az xəbər verir ki, bunu Pakistanın insan hüquqları üzrə nazirliyinin parlament katibi Saba Sadik Bakıda tələbələrlə görüş zamanı bildirib.

 

"Biz tərəflərin danışıqlar masasına əyləşməsi üçün çalışdıq. Bu prosesdə bizi müxtəlif regionlardan olan ölkələr dəstəklədi. Qarşıdurmada olan iki tərəf dialoqa başlaya bildi - bu, birgə səylər və əməkdaşlıq ruhu sayəsində mümkün oldu. Danışıqlar baş tutdu, lakin hələlik yekun razılaşma əldə olunmayıb", - o bildirib.

Onun sözlərinə görə, ABŞ-nin da iştirakı ilə davam edən hazırkı proses gələcəkdə konkret nəticələrə gətirib çıxara bilər. O vurğulayıb ki, Pakistan regiondakı münaqişənin davam etməməsinə və sülh yolu ilə həll olunmasına çalışır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости