Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə dünən və bu gün məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verib.
Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.
Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, noyabrın 15-də Şanlıurfa liseyində baş vermiş qanlı insidentin ardında bu gün Türkiyənin başqa bir vilayətində - Kahramanmaraşda yerləşən orta məktəbə silahlı hücum olub. İnsident Onikişubat rayonunun Ayşel Çalık adına orta məktəbində baş verib.
Silahlı hücum edərək 4 nəfərin həyatına son qoyan, 20 nəfəri yaralayan səkkizinci sinif şagirdinin atası saxlanılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре