Qızıl qiymətlərində eniş davam edir

Qızıl qiymətləri İranın ABŞ ilə danışıqlara başlaya biləcəyi gözləntiləri fonunda geriləməkdə davam edir.

Day.Az xəbər verir ki, gərginliyin azalacağı ehtimalları dolların möhkəmlənməsinə, qızılın isə təzyiq altında qalmasına səbəb olur.

Ötən həftə Hörmüz boğazının qısa müddətə açılması qiymətlərdə artım yaratmışdı, lakin sonradan yenidən bağlanması bazarlarda qeyri-müəyyənliyi artırıb.

Atəşkəsin bu gecə başa çatacağı gözlənilir və tərəflərin danışıqlara başlayıb-başlamayacağı əsas diqqət mərkəzindədir.

Təxmini məzənnə ilə (1 USD ≈ 1.7 AZN) qızıl qiymətləri belədir: qram qızıl təxminən 366 AZN, yarım qızıl 1 200 AZN, uns qızıl isə təxminən 4789 dollar - 8 141 AZN səviyyəsindədir.