Bu avtomobillər yolda görülərsə

Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanununa İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsinin istismarını dərhal dayandırmağı tələb edən ciddi texniki nasazlıqlar mövcuddur.

Qanunun 37-ci maddəsinə görə, əyləc sistemi və ya sükan idarə mexanizmi pozulmuş, xarici işıq cihazları və ya şüşəsilənləri (yağışlı havada) işləməyən, eləcə də ilişmə muftası (qoşqu üçün) nasaz olan avtomobillərin hərəkəti qəti qadağandır. Bu nasazlıqlar aşkar edildikdə sürücü hərəkəti davam etdirməməli, nasazlıq yerində aradan qaldırılmadıqda isə maşın evakuator vasitəsilə duracağa aparılmalıdır.

Bu növ ciddi qayda pozuntuları üçün cərimələr İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsi ilə tənzimlənir. Əyləc sistemində və ya sükan idarə mexanizmində nasazlıq olan nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülər 50 manat məbləğində cərimə olunurlar.

Əgər nasazlıq qəza şəraiti yaradırsa və ya digər texniki standartlara (məsələn, rezin təkərlərin həddindən artıq yeyilməsi və ya şüşələrin görünüşü məhdudlaşdırması) cavab vermirsə, cərimə məbləğləri maddənin bəndlərinə uyğun olaraq dəyişə bilər.

Texniki nasazlıq aşkar edildikdə Yol Patrul Xidmətinin əməkdaşı avtomobili saxlamaq və nasazlıq aradan qaldırılana qədər onun istismarını qadağan etmək hüququna malikdir.

Xüsusilə əyləc və sükan nasazlığı birbaşa yol-nəqliyyat hadisəsinə səbəb ola biləcək risklər hesab edildiyi üçün, bu hallarda protokol tərtib olunur və nəqliyyat vasitəsi müvəqqəti duracağa (cərimə meydançasına) yerləşdirilir. Sürücü nasazlığı aradan qaldırdıqdan və cəriməni ödədikdən sonra avtomobili geri ala bilər.

Nəsimi Ələsgərli