https://news.day.az/azerinews/1838353.html Gömrük bəyannaməsi edənlərin nəzərinə: Bu gündən yeni qayda qüvvəyə mindi Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin "Smart Customs" platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.

Gömrük bəyannaməsi edənlərin nəzərinə: Bu gündən yeni qayda qüvvəyə mindi

Azərbaycanca, 1 июня 2026 09:31 (UTC +04:00) 330
Gömrük bəyannaməsi edənlərin nəzərinə: Bu gündən yeni qayda qüvvəyə mindi

Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin "Smart Customs" platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.

Day.Az-ın əldə etdiyi məlumata görə, artıq fərdi identifikasiya nömrəsi (FİN və şifrə) ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə etmək mümkün olmayacaq.

Belə ki, vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.

Bunlar "Asanİmza", "SİMA" və ya "MYGOV / QR" xidmətləridir.

Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə "SmartCustoms" və "e.customs.gov.az" sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.

Gömrük rəsmiləşdirilməsinin daha sürətli tamamlanması məqsədilə "Asanİmza", "SİMA" və ya "MYGOV / QR"ın əvvəlcədən əldə olunması tövsiyə edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости