https://news.day.az/azerinews/1838711.html Baş nazirin müavini heyəti Minskdə Qələbə abidəsini ziyarət edib - FOTO Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Minskdə Qələbə abidəsini ziyarət edib. Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirin müavini heyəti Minskdə Qələbə abidəsini ziyarət edib - FOTO

Azərbaycanca, 2 июня 2026 13:10 (UTC +04:00) 282
Baş nazirin müavini heyəti Minskdə Qələbə abidəsini ziyarət edib

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Minskdə Qələbə abidəsini ziyarət edib.

Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarusda rəsmi səfərdə olan Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə meydanına gələrək Qələbə abidəsini ziyarət edib.

​Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər.

  • Baş nazirin müavini heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
  • Baş nazirin müavini heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
  • Baş nazirin müavini heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
  • Baş nazirin müavini heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости