https://news.day.az/azerinews/1840727.html Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanca, 11 июня 2026 12:25 (UTC +04:00) 268
Dolu düşəcək, çaylardan sel keçəcək

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Day.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости