https://news.day.az/azerinews/1851241.html AMB valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırır Bu ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırır. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

AMB valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırır

Azərbaycanca, 31 июля 2026 11:39 (UTC +04:00) 153
AMB valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırır

Bu ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, cari ilin 6 ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə əhəmiyyətli artdığı şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 2.2 mlrd. ABŞ dolları məbləğində və ya 19.5% artaraq 13.8 mlrd. ABŞ dolları təşkil etmişdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости