https://news.day.az/azerinews/775307.html Gömrükçülər avtomobilin hər yerindən siqaret çıxartdılar - FOTO

Gömrükçülər avtomobilin hər yerindən siqaret çıxartdılar - FOTO

Azərbaycanca, 28 апреля 2016 16:18 (UTC +04:00) 1 519
Gömrükçülər avtomobilin hər yerindən siqaret çıxartdılar

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə "Samur" gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib.

Day.Az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən, Belarus Respublikasının aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Gömrükçülər avtomobilin hər yerindən siqaret çıxartdılar
  • Gömrükçülər avtomobilin hər yerindən siqaret çıxartdılar
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости