Çoxlu sayda pirotexniki məmulatlar satışdan çıxarılıb - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi və Yevlax Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat həyata keçirilib.
Day.Az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışıyla məşğul olan Azərbaycan vətəndaşından 2836 ədəd müxtəlif formalı pirotexnik məmulatlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре