Avtomobildən 23 ədəd mobil telefon aşkar edildi

Day.Az представляет новость на азербайджанском языке

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C280" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Milli.Az bildirir ki, yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilən gizli saxlanc yerindən 13 ədəd "Samsung Galaxy J1 mini prime" və 10 ədəd "Samsung Galaxsy J1" markalı mobil telefonar, 8 ədəd qidalandırıcı başlıq, 6 ədəd qulaqcıq, 6 ədəd USB kabel və 6 ədəd qidalandırıcı cihaz aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.