Azər Zahid yeni realiti-şousundan danışdı

Day.Az представляет новость на азербайджанском языке

ATV-nin tanınan jurnalistlərindən olan Azər Zahidin aparıcılığı ilə Azərbaycanın məşhur simalarının yarışacağı yeni realiti-şounun anonsu yayımlanıb.

Publika.az xəbər verir ki, avqustun 15-dən çəkilişlərinə start veriləcək "Top ulduzlar" şousunun istehsalçı şirkəti "Amedia qrup", yayım hüququnun sahibi isə ATV telekanalıdır.

32 məşhur sima bu şouda 15 gün bir arada qalmalı olacaq. Tamaşaçılar ilk dəfə ulduzların həm əyləncəsinin, həm də mübarizəsinin şahidi olacaqlar. Məşhurlar əvvəlcə avtobusla Şamaxıya yola düşüb orda yerləşən 5 ulduzlu "Şirvan" otelinə yerləşəcəklər. Daha sonra isə "Sakitgöl"ə gedib gölün ətrafında əyləncə və mübarizəyə başlayacaqlar. Gecələr isə yenə otelə qayıdacaqlar.

Layihə rəhbəri Azər Zahid Publika.az-a bildirib ki, hər gün 2 iştirakçı şounu tərk etməli olacaq:

"32 nəfər 2 hissəyə bölünəcək. Tamaşaçılar hər birində 2 nəfər olmaqla 16 komandanın yarışını izləyəcəklər. 15 gün ərzində hər gün 2 nəfər evə yollanacaq. Proqramda ATV telekanalının tanınmış simaları, məşhur müğənnilər, idmançı və aktyorlar iştirak edəcək".

Qeyd edək ki, Publika.az saytı şounun informasiya dəstəyidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.