Göbələklər: şampinyondan milçəkqıranadək...

Day.Az представляет новость на азербайджанском языке

Göbələklər müxtəlif olduğu kimi, istifadə yeri və faydası da fərqlidir. AZƏRTAC onlardan bəziləri barədə məlumat verir.

Şampinyon qarın yatalağını, vərəm törədiciləri, hətta qızılı stafilokokları məhv edir. İltihab əleyhinə təsirinə görə irinli yaraların müalicəsində yerli olaraq istifadə edilir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, yeməli tülküqulağı göbələyi tərkibində olan xinomanoza polisaxaridinə görə helmintlərə, onun süfrə və yumurtalarına öldürücü təsir göstərir. Tərkibində antibakterial təsirli laktoriovilin və balidol maddələri də var.

Ağ göbələk kulinariyada istifadə olunan yeməli qida sayılır. XVIII əsrdə Rusiyada bədənin donmuş nahiyələrini onun ekstraktı ilə silərdilər. Ağ göbələk tərkibində olan antibiotik təsirli maddələrə görə bağırsağın patogen mikroflorasına məhvedici, gersenin alkaloidi hesabına ürək-damar sisteminə tonuslandırıcı təsir göstərir, böyrək daşının əmələ gəlməsinin qarşısını alır, hətta vərəm çöplərini məhv etmək qabiliyyətinə malikdir.

Sarı göbələk tərkibindəki bənövşəyi piqment lektaroviolin antibakterial təsirə malik olub azulen qrupuna daxildir. Vitiliqo, vərəm və revmatizmin müalicəsində tətbiq olunur.

Belə bir tarixi fakt var ki, rus knyazı Vladimir Monomaxın dodağındakı xərçəngin müalicəsində tozağacı göbələyindən istifadə edilirdi. Həmin göbələk mədə-bağırsaq xəstəliklərinin, xüsusilə xora və qastrit zamanı müsbət təsir göstərir.

Quzugöbələyi qədim zamanlardan epilepsiya, müxtəlif əsəb xəstəlikləri və görmə zəifliyinin müalicəsində geniş tətbiq olunurdu.

Milçəkqıran göbələk zəhərli olsa da, toxumaların ödemində islatma və bürünmə şəklində tətbiq edilir. Ondan revmatizm və bronxial astma xəstəliklərinin müalicəsində də istifadə etmək olar.

Lakin göbələk qəbulu zamanı bəzi əks göstərişlər də nəzərə alınmalıdır. Məsələn, mübadilə pozğunluqları, qaraciyər, böyrək xəstəlikləri, podaqra, ürək-damar və bəzi həzm problemləri zamanı ondan istifadə etmək olmaz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.