Məşhur iş adamının dünən təyyarə qəzasında ölən qızı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmrliklərindən Türkiyəyə gələn özəl təyyarə İranın paytaxtı Tehranın cənubunda qəza edib. Təyyarədə 2 qadın pilot, 1-i stüardessa olmaqla 8 sərnişin dünyasını dəyişib.
Təyyarənin "Başaran Holdinq"ə məxsus olduğu açıqlanıb. Təyyarədəkilərin Hüseyn Başaranın qızı Mina Başaran və 7 rəfiqəsi olduğu məlum olub. Qızlar subaylığa vida partisindən qayıdırmış.
28 yaşındakı Mina Başaran holdinqin vəliəhdi olaraq göstərildi. Ailənin tək qızı idi. Mina iddialı və istedadlı xarakteri ilə diqqətləri cəlb edirdi. 2013-cü ildə "Başaran Holdinq"in İdarə Heyətinin üzvü olub. Qida, turizm, yaxta, inşaat və enerji sahələrində fəaliyyət göstərən Hüseyn Başaran Türkiyənin tanınmış iş adamlarından sayılır.
Aprelin 14-də Mina Başaranın "Metgraf Matbaacılık"ın sahibi Murat Gezerlə toyu olacaqdı. Cütlüyün 1000 nəfərlik toy mərasiminin dəvətnamələri də artıq paylanıb.
qaynarinfo
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре