Aparıcı Nərgiz Məmmədova: "Onunla kim sevgili olmaq istəməz?"

Day.Az представляет новость на азербайджанском языке

Özünü həm də aktrisa kimi sınayan cazibədar aparıcı Nərgiz Məmmədova dəvət alsa, xarici ölkələrdə filmə çəkiləcəyini də deyib. Lakin şərtlərini də gizlətməyib.

Yenicag.az-a açıqlama verən Nərgiz yüksək qonorar müqabilində belə, açıq-saçıq rollara çəkilməyəcəyini bildirib:

"Özümü aktrisa kimi sınasam da, peşəkar aktrisa deyiləm. Bununla belə xarici ölkələrdən dəvətlər alsam, razılıq verərəm. Lakin yüksək qonorar versələr belə, açıq-saçıq rollara çəkilmərəm. Mənim üçün özümə icazə verdiyim hədd var, o hədd aşılmamalıdır".

O, sevimli aktyorundan da danışıb: "Hollivud aktyoru Stephenin bütün filmlərini izləmişəm, onu çox sevirəm".

"Filmdə onunla sevgili olmaq istərdinmi?" sualına Nərgiz gülərək belə cavab verib:

"Oyy, onunla kim sevgili olmaq istəməz? Amma realist insanam, bilirəm ki, onunla eyni filmdə tərəf-müqabili olmaq mənim üçün əlçatmaz xəyaldı. Mən də xəyallarla yaşamağı xoşlamıram".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.