Nazənin: "Ərim Təranə ilə münasibətinə görə üzr istədi"

Day.Az представляет интервью на азербайджанском языке:

Müğənni Nazəninin Təranə Qumralla məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasən, qarşı tərəf Nazəninə 10 min manat təzminat ödəməli və üzr istəməlidir.
 

Müğənni Nazənin bu barədə Publika.az-a eksklüziv müsahibə verib.

- Məhkəməni uddunuz, təəssüratlarınızı bilmək maraqlı olardı?

- Mən indiyə qədər susurdum, çünki məhkəmənin qərarını gözləyirdim. Artıq haqq öz yerini tapdı. Qanunlarımız işləyir və heç bir tapşırıq, xahiş işə yaramır. Mən bilirdim ki, Təranə Qumral ərimə intim mesajlar yazıb, onu sübuta yetirdim. Artıq rahatam. O qadın mənə 10 min manat təzminat ödəyib, üzr istəməlidir.

- Həyat yoldaşınızın doğrudan onunla yaxınlığı olubmuş?

- Bəli, bu bir səhv idi və həyat yoladşım da etiraf etmişdi.

- Buna görə ərinizlə aranızda problem yaşandı?

- Əvvəl-əvvəl narazılıqlar oldu. Amma mən gördüm ki, həyat yoldaşım mənə bu məsələdə dəstəkdir, arxamda dayanır, bağışladım. Hətta yoldaşım buna görə məhkəməyə gedib, ona yazılan intim mesajları ortaya qoydu. Buna görə də yoldaşıma minnətdaram.

- Məhkəmə niyə qapalı keçirildi?

- Ona görə ki, söhbət intim mesajlardan gedirdi. Məhkəmə buna görə qapalı keçdi. Onu da deyim ki, Təranə Qumralın iki vəkili vardı. Vəkillərdən biri başa düşdü ki, bu böhtan deyil, həqiqətdir, sübut olunacaq, geri çəkildi.

- Bəlkə Təranə Qumral təzminatı ödəmədi, Apellyasiya Məhkəməsinə müraciət etdi, onda neyləyəcəksiniz?

- Hara verir versin, lap Avropa məhkəməsinə, heç kimdən qorxum yoxdur. Əslində, o pula ehtiyacım yoxdur, amma mənim məqsədim həqiqəti üzə çıxarmaq idi. Çıxardım da. Elə eləməsin ki, bu intim mesajları üzə çıxarım.

Buna görə vəkilim Adəm Məmmədova minnətdaram, peşəkarlığını ortaya qoydu.