Onlar 1 milyon tələb edir

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli aktyor Halit Ergenç və aktrisa Bergüzar Korel 2008-ci ildə reklam firmasını məhkəməyə veriblər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların reklam şirkətini məhkəməyə verməkdə səbəbi şəkillərindən icazəsiz istifadə olunması olub. 2008-ci ildə başlanan məhkəmə prosesi hələ də davam edir.

Əgər məhkəmənin qərarı ikilinin lehinə olsa, onlar 1 milyon lirə ( təxminən 553780.49 manat ) təzminat alacaqlar.

Qeyd edək ki, onlar 2008-ci ildə sadəcə tərəf-müqabili olsalar da, hal-hazırda ailəlidirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.