Bakıda "Mercedes" "Peugeot" markalı avtomobilə çırpılıb - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Gecə saatlarında paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yol qəzası baş verib.
Sürücü "Mercedes" markalı avtomobillə "İnşaatçılar" metrosu istiqamətinə doğru yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə "Mercedes" yol kənarında dayanan "Peugeot" markalı avtomobilə çırpılıb.
Baş verən qəzada xəsarət alan olmasa da hər iki avtomobil yararsız hala düşüb. "Mercedes"in sürücüsü isə hadisə yerindən uzaqlaşıb.
Şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü idarə etdiyi avtomobili maşın yuma məntəqəsindən qaçırıb. Avtomobillər hadisə yerindən uzaqlaşdırılsa da əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəlməyib.
Böyütmək üçün şəkillərə klikləyin:



Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре