Türkiyədə şagirdlər bomba tapdılar - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Şagirdlərin tapdığı paketin içindən bomba çıxdı.
Day.Az atv.az-a istinadən bildirir ki, olay Türkiyədə, Bitlis şəhərində baş verib. Məlumata görə, oyun oynamaq üçün xaraba bir binaya gedən uşaqlar içində nə olduğunu bilmədikləri bir paket tapıblar. Xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib və şagirdlər onu məktəbin yanına gətirib, bu barədə müəllimlərinə məlumat veriblər. Paketdən şübhələnən müəllimlər də əraziyə polis əməkdaşlarını çağırıblar.
Hadisə yerinə gələn polislər təhlükəsizlik tədbirləri gördükdən sonra paketin üzərində araşdırma aparıb. Paketin içində bomba olduğu müəyyən edildikdən sonra bomba partladılıb. Partlayışın şiddətindən ətrafdakı evlərə də ziyan dəyib. Polis ərazidə yenə bomba təhlükəsinin olacağından şübhələnərək insanları diqqətli olmağa çağırıblar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре