Azərbaycan bayrağını təhqir edən türk valisi

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan bayrağını təhqir edən Türkiyənin Bursa vilayətinin keçmiş valisi saxlanılıb.
 
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput fətullahçılarla əlaqədə ittiham olunaraq həbs olunub.
 
Day.Az modern.az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Xatırladaq ki,  Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
 
Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.