Aktrisa Çağatay Ulusoyla baş rolda oynayacaq
Day.Az представляет новость на азербайджанском языке
"İçeride" serialında Çağatay Ulusoy baş rolu paylaşacaq qadın aktrisanın kimliyi müəyyənləşib.
Day.Az axşam.az-a istinadən bildirir ki, seçim Bensu Soral və Yasemin Allen arasında aparılacaqdı.
Y.Allen hər həftə üçün serialı çəkən "Ay Yapım" şirkətindən 30 min lirə (təxminən 15 min manat) istəyib. Lakin, B.Soral həmin məbləğin yarısına razılaşıb. Buna görə də, şirkət rolu Bensuya verib.
Qeyd edək ki, sentyabrda yayımlanması gözlənilən və 39 seriya davam etməsi planlaşdırılan "İçeride" serialı Leonardo DiKaprionun "The Departed" ("Dönüklər") filminin ssenarisi əsasında çəkiləcək.
Ekran işinin rejissoru Uluç Bayraktar, prodüseri Kerem Çatay, ssenari müəllifləri isə Ertan Kurtalan və Toprak Karaoğludur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре