Ərdoğan: "Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiqləyəcəm"

Day.Az представляет новость на азербайджанском языке

Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə  bəyan edib.

"Bugünkü tədbirdə siyasi partiyaların rəhbərləri də iştirak edir. Bu ölkədə hakimiyyət qeyd-şərtsiz xalqa məxsusdur.  Xalq isə ölüm hökmünün tətbiqinin tərəfdarıdır. Məsələyə Türkiyə Böyük Millət Məclisi baxmalıdır. Əgər parlament bu tələbi dəstəkləsə, bundan sonra atılacaq addım bəllidir.  O zaman mən ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm. Xalq öz sözünü deyib. Güman edirəm ki, siyasi partiyaların qərarı da müvafiq olacaq", deyə Ərdoğan bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.