Portuqaliyanın Madeyra adası yanır

Day.Az представляет новость на азербайджанском языке

Portuqaliyanın Madeyra adasında güclü meşə yanğınları başlanıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, adanın paytaxtı Funşal şəhərinin sakinləri alovları bağ şlanqları və su vedrələri ilə söndürməyə çalışırlar. 
Şəhərin 400 sakini təxliyə olunub.

Portuqaliyanın yarımada hissəsində də meşə yanğınları tüğyan edir. Yanğınların söndürülməsinə 4 min yanğınsöndürən və 26 təyyarə cəlb olunub.
Ən ağır situasiya ölkənin şimalındadır. Burada havanın temperaturu +30-dan artıqdır, şam və evkalipt meşələri yanır.
Paytaxt Lissabonda da his və tüstü var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.