Moskva leysan suları altında qaldı

Day.Az представляет новость на азербайджанском языке

Rusiya paytaxtına yenidən güclü yağış yağıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, şəhərin cənub-qərb hissəsinə dolu düşüb.

Meqapolisin Lenin prospekti faktiki su altında qalıb: 15 dəqiqə ərzində faktiki çaya çevrilib. Əlverişsiz hava şəraitinə görə, böyük tıxac yaranıb. Bundan əlavə, trolleybusların hərəkəti dayanıb.

Yağış güclü küləklə müşayiət olunduğundan əhaliyə ciddi xəbərdarlıq edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.