Türkiyədə Bosfor üzərində III körpü açıldı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə Bosfor boğazı üzərində "Yavuz Sultan Səlim" adlandırılan üçüncü körpünün açılışı olub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bəhreyn Əmiri Hamad ibn İsa əl-Xəlifə, həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iştirak ediblər.

Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü isə 320 metrdir.

Körpü üzrə gediş haqqı 3 dollar təşkil edəcək.

Layihənin dəyəri 3 milyard dollardır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.