Krediti olanların DİQQƏTİNƏ!

Day.Az представляет новость на азербайджанском языке

Banklar müqavilə şərtlərinə birtərəfli qaydada valyutanı dəyişməklə bağlı bənd əlavə edirlər. 

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, bəzi kommersiya bankları bu cür addım atmaqla təkcə özlərini sığortalamır, eyni anda vətəndaşın maliyyə savadsızlığından sui-istifadə edərək onu böyük məsuliyyət altında qoyurlar. Ancaq qanunlar bu cür maddənin müqaviləyə əlavə edilməsini qanunsuz hesab edir..

Ekspertlər bildirir ki, ümumiyyətlə müqavilədə sırf hansısa tərəfin marağına xidmət edən xüsusi maddələrin qoyulması qanunsuzdur. Çünki müqavilədəki bütün qaydalar tək bir tərəfin yox, hər iki tərəfin marağına xidmət etməlidir.

Mütəxəssislər bankların fırıldağına aldanmamaq üçün kredit götürən şəxskəri müqaviləni sona qədər oxumağı tövsiyyə edirlər. Artıq müqaviləni imzaladıqdan sonra banklara birtərəfli qaydada hüquqi üstünlük verən müqavilə şərtləri gördükdə isə dərhal məhkəməyə müraciət etmək məsləhət görülür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.