“Facebook”da tanış olduğu qıza SMS yazan oğlanın dəhşətli qətli - Metro qarşısında - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке
----------
19:41
Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə "Memar Əcəmi" metrosu qarşısında qeydə alınıb.
1995-ci il təvəllüdlü Ələkbər Muxtarov metronun qarşısında bıçaqlanaraq öldürülüb.
Qətl hadisəsi isə Ələkbər Muxtarovun "Facebook" sosial şəbəkəsində tanış olduğu qıza görə öldürüldüyü bildirilir.
Ələkbər Muxtarov sosial şəbəkədə qızla tanış olub və onunla metronun qarşısında görüş təyin edib. Bu gün günorta saatlarında metronun qarşısına gələn Ələkbər qızın mobil telefona SMS yazıb.
Həmin vaxt isə nömrəyə oğlan cavab verib və görüş yerində qarşılaşıblar. Qızın əvəzinə gələn oğlan Ələkbər Muxtarova ürək nahiyəsindən bıçaqla vurub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
---------
18:10
Bakıda metronun qarşısında öldürülən şəxsin kimliyi məlum olub.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı qətlə yetirilən şəxsin 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov olması müəyyən edilib.
İlkin məlumata görə, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun "Memar Əcəmi" stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
---------
16:17
Bakıda qətl törədilib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun "Memar Əcəmi" stansiyasının qarşısında qeydə alınıb. 25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi hələlik məlum deyil.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin baş verdiyi yer müayinə edilməklə müxtəlif ekspertizalar təyin olunub.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре