Qarnı yastı etmək üçün çox sadə üsul

Day.Az представляет новость на азербайджанском языке

Qarın əzələlərini idman etmədən də möhkəmləndirmək mümkündür. Bunun üçün səhər belinizə lent və ya qalın bərk ip bağlayın və yalnız yatmazdan əvvəl açın.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, bu üsul sizə gün ərzində həddindən artıq çox yeməyə imkan verməyəcək - lent dartılacaq və bədəninizə girəcək ki, bu da diskomforta səbəb olacaq. Beləliklə siz heç bir pəhriz tutmadan arıqlaya bilərsiniz.

Həmçinin lentə görə siz qarın əzələlərinizi daim gərginləşmiş vəziyyətdə saxlayacaqsıznız ki, bu da trenajor funksiyasını yerinə yetirəcək, əzələləri daha möhkəm, qarnı daha yastı edəcək.

Mütəxəssislər də bu üsulu effektli hesab edir.

Lakin nəzərə almaq lazımdır ki, lenti çox sıx bağlamaq olmaz. Bu daxili orqanların fəaliyyətinə mənfi təsir edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.