Sevinc necə formada qalmasından danışdı

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Sevinc Əliyeva "Həddən artıq uyğunluq" filminin qala gecəsinə qatılıb.

Axşam.az-ın məlumatına görə, aktrisa formada qalma sirrindən danışıb.

O bildirib ki, idman vasitəsilə arıq qalır: "Heç vaxt pəhriz saxlamıram, yeməyi çox sevirəm. İdman edirəm. İşdən imkan tapan kimi səhər və axşam piyada gəzirəm. Övladlarımla çox oynayıram. Bu da bütün fiziki gücümü alır. Mənim övladlarım kimi istəsə, arıqlada bilərlər (gülür). 3 yaşımdan rəqslə məşğul olmağım və müəllim kimi işləməyimin də bunda əməyi var. İstəsəm də kökələ bilmirəm. 31 yaşımda çalışıram hər zaman nümunəvi görsənim".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.