Avropada son transferlər

Day.Az представляет новость на азербайджанском языке
Avropada "transfer pəncərəsi"nin bağlanmasına artıq bir neçə saat vaxt qalıb.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, komandalar son keçidlərini reallaşdırmaqla məşğuldular.
Dünən gecə saatlarında bir neçə futbolçu klubunu dəyişib. Qış transfer dönəmi olduğundan, klublar yenə əsasən icarə variantına üstünlük verirlər.
Son transferləri diqqətinizə çatdırırıq.
- "Vilyarreal"ın fransalı yarımmüdafiəçisi Alfred Ndiaye "Hall Siti"yə keçib. 27 yaşlı futbolçu mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində icarə əsasında çıxış edəcək.
- "Kristal Pelas" "Liverpul"un müdafiəçisi Mamadu Sako ilə anlaşıb. Klublar arasındakı razılığa görə, Fransa millisinin üzvü mövsümün qalan hissəsini icarədə keçirəcək.
- "Lester" "Udineze"nin mərkəz müdafiəçisi Molla Vaqueni mövsümün sonuna qədər icarəyə götürüb.
- "Napoli"nin hücumçusu Manolo Qabbiadini karyerasını İngiltərədə davam etdirəcək. İtaliya millisinin üzvü "Sauthempton"a transfer olunub. 26 yaşlı forvard yeni komandası ilə 4,5 illik müqavilə bağlayıb.
- "Svensi" "Aston Villa"nın hücumçusu Cordan Ayyunu heyətinə qatıb. Bu keçid müqabilində "Svensi" uelsli müdafiəçisi Neyl Teyloru qarşı tərəfə verib.
- "Kuins Park Reyncers" "Latsio"nun yarımmüdafiəçisi Rayan Morrisonu mövsümün sonuna qədər icarəyə götürüb.
- "Nyukasl"ın qapıçısı Tim Krul mövsümün sonuna qədər icarə əsasında "Alkmaar"ın formasını geyinəcək.
- Sabiq "Liverpul"lu Nabil El Zahar "Las Palmas"dan "Leqanes"ə transfer olunub.
- "Valensiya" "Selta"nın çilili hücumçusu Fabian Orelyananı transfer edib.
- "Sao Paulo"nun gənc hücumçusu David Neres "Ayaks"ın formasını geyinəcək. Hollandiya klubu 19 yaşlı futbolçunu 12 milyon avroya transfer edib.
- "Sampdoriya" "Peskara"nın yarımmüdafiəçisi Valerio Verreni alıb. 23 yaşlı oyunçunu 4 milyon avroya transfer edən Genua təmsilçisi onu mövsümün sonuna qədər "Peskara"ya icarəyə verib.
- "Rio Ave"nin braziliyalı yarımmüdafiəçisi Filipe Auqusto "Benfika"ya keçib.
- "Betis"in ukraynalı hücumçusu Roman Zozulya "Rayo Valyekano"ya yollanıb. Sequnda təmsilçisi onu mövsümün sonuna qədər icarəyə götürüb.
- "Napoli" yarımmüdafiəçisi Omar El-Kaddurini "Empoli"yə satıb. "Trabzonspor"un da maraqlandığı futbolçu neapollulara 1,2 milyon avro qazandırıb.
- PSJ-nin qapıçısı Salvator Siriqu İspaniyaya qayıdıb. İtaliyalı qolkiper mövsümün sonuna qədər icarə əsasında "Osasuna"nın formasını geyinəcək.
- "Rio Ave" "Monako"nun yarımmüdafiəçisi Adama Traoreni mövsümün sonuna qədər icarəyə götürüb.
- "İnter"in müdafiəçisi Andrea Ranokkiya İngiltərəyə köçüb. İtaliya millisinin üzvü yaya qədər icarə əsasında "Hall Siti"də çıxış edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре