Azərbaycan mətbəxi festivalda mükafat aldı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке.


Özbəkistan Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Mədəni Əməkdaşlıq üzrə Dostluq Cəmiyyətləri Şurası (DCŞ) Daşkənddəki "Redisson" otelində "Tasanno-2015" adlı Milli Mətbəx Festivalı keçirib.

Axşam.az-ın məlumatına görə, festivalda Özbəkistanda fəaliyyət göstərən 20-dən artıq ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib. Azərbaycanı festivalda ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

DCŞ-nin icraçı direktoru Kəmaləddin İşidxocayev festivalın əhəmiyyətindən danışıb, xalqların öz mətbəx mədəniyyətini göstərmək üçün bu festivalın geniş imkanlar açdığını bildirib.

Azərbaycan üçün ayrılmış guşədə dövlətimizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı, Viktor Andriyanov və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından özbək, Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş "Heydər Əliyev" kitabı, Heydər Əliyev Fondunun "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib.

Qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda maraq doğurub. Azərbaycan guşəsinə gələnlər plov, dolma, müxtəlif qutablar, həmçinin şirniyyatlarımız - şəkərbura və paxlavaya qonaq edilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan guşəsi ilə tanış olub. Festivalın münsiflər heyəti Azərbaycan xörəkləri və şirniyyatlarına yüksək qiymət verib və mətbəximiz xüsusi mükafata layiq görülüb.

Festival geniş konsert proqramı ilə başa çatıb. AMM-in "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Böyütmək üçün şəkillərə klikləyin.