Azərbaycanda toyda ölüm

Day.Az представляет новость на азербайджанском языке.


Şirvanda 54 yaşlı kişi toyda ürək tutmasından dünyasını dəyişib.
 

APA xəbər verir ki, ölüm hadisəsi bu gün axşam saatlarında Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Sabirabad rayonunun Azadakənd sakini 1961-ci il təvəllüdlü Rüstəmov Əssan Hüseynağa oğlu toy mərasimində rəqs edərkən ürək tutmasından dünyasını dəyişib. Qohumları ölən şəxsin bir müddət əvvəl infarkt keçirdiyini qeyd ediblər.