Bakıda “zapravka”da maşın yandı

Day.Az представляет новость на азербайджанском языке


Bu gün Bakının Səbail rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində yanğın olub.

Badamdar qəsəbəsi Badamdar yolunda yerləşən yanacaqdoldurma məntəqəsində 1970-ci il təvəllüdlü Zeynalov Arif Hüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə yanğın başlayıb.

Mühərrik hissəsində başlayan yanğın avtomobilin salonuna keçib. Operativ müdaxilə nəticəsində yanğının genişlənməsi və YDM-a keçməsinin qarşısı alınıb. (lent.az)