Əfsanəvi Hollivud ulduzu Bakıda məharət göstərdi: "Yenə gələcəm" - VİDEO - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Dünyaca məşhur kino ulduzu və aykido döyüş növü üzrə yeddinci dan qara kəmər ustası Stiven Siqal Bakıdadır.
Publika.az xəbər verir ki, Stiven Siqal Bakı "Crystal Hall"da Azərbaycan Aykido Federasiyasının nümayəndələri ilə görüşüb. Yerli aykido ustaları və onların şagirdləri ilə birgə tatami üzərinə çıxan Hollivud əfsanəsi ustad dərsi keçib. O, idmançılarımızın hazırlıq səviyyəsini də qiymətləndirib.
Seqal idmançılarımızla söhbət zamanı bildirib ki, bundan sonra onun Bakıya mütəmadi səfərləri olacaq. Görüşün sonunda Stiven Siqal hətta növbəti səfərinin noyabr ayında olacağını da vurğulayıb.
Videonu izləmək üçün şəklə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре