Deputat: "Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq"

Day.Az представляет новость на азербайджанском языке

Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq.

Day.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından (AKP) deputatı Mehmet Əli Özkan deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi 20-ci əsrin ən qanlı faciəsidir:

"ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni etməlidir".

Deputat qeyd edib ki, Xocalıda törədilmiş cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib və heç sübuta ehtiyacı yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.